Dikdaban - 22.02.2021

22 Fev 2021
1 530 Baxış

facebook.com/ictimai.tv/
instagram.com/ictimaitv.official/
itv.az/
#İTV
#Dikdaban
#ictimaitv #video #televiziya #baku #videolar #itv

Şərh
  • ƏMOĞLU ÇOX SAĞ OL ! YORULMAYASAN BU İŞDƏ ! GÖZƏL BİR ZÖVQ ALDIM .

    Xəlil MəmmədovXəlil Məmmədov8 gün əvvəl
  • Əhsən sizə dr.Abbas bəy

    Umud zuhurgözlerUmud zuhurgözler10 gün əvvəl
  • 👏👏

    Orucov ElcinOrucov Elcin11 gün əvvəl
  • "...Ustadim Haqq özüdür, haqlinin haqq sözüyem! Zülmetde ishiq saçan Azerbaycan qiziyam! " Sima Azadqizi Göyçeli. ƏBƏDİ ZİRVƏDƏ QALDI ƏLƏSGƏR. “Əli bayramı”nda, mübarək gündə, Baharda dünyaya gəldi Ələsgər. “Zülfüqar” qüdrətli hikmətləriylə “Əlinin əsgəri” oldu, Ələsgər! Görən valeh oldu yaraşığına, Quran nicat verdi Haqq aşığına, Döndü haqq nuruna, haqq işığına, Pir, ocaq, övliya, “quldu” Ələsgər. Sevdi əhli-beyti(ə.s), Qadir Allahı(c.c), İsa-Ruhullahı(ə.s), Xəlilullahı(ə.s)... Heydəri-kərrarı(ə.s), Rəsulullahı(s.s) Rəhbəri, öndəri qıldı, Ələsgər. Yaxın dostu sandı Həzrət Əlini(ə.s). Vəsf etdi hər yerdə qızı, gəlini; Gördüyü hər elin gözəllərini Məhrəm: ana-bacı bildi, Ələsgər. Təqvalı dolandı, həyalı gəzdi, Nankoru, namərdi həcv ilə əzdi! Müşrikin əlini əlindən üzdü, Şəri həyatından sildi, Ələsgər. Haqsızlıq etmədi, qəlbə dəymədi, Xainə, zalıma boyun əymədi, “Özgəyə xas olan libas geymədi”, Dərsini Xudadan aldı, Ələsgər! Yalnız tək Tanrıya ibadət etdi; Beşikdən məzara itaət etdi, Axirət evinə şərəflə getdi, Münafiq sanmasın “öldü Ələsgər”! Məşhur oldu Göyçə-Oğuz eliylə, Sevildi əvəzsiz töhfələriylə, Dildən-dilə düşən nəğmələriylə Qəlblərdə yurd-yuva saldı, Ələsgər! Hər an nəfəs aldı İmam Zamanla(ə.f), Çəkildi sınağa “yaxşı-yamanla”. Ülvi məhəbbətlə, xalis imanla Hikmətdən yaranan “sal”dı Ələsgər. Parlaq Günəş doğdu Göyçə-“Rəvana”, Yayıldı şöləsi Qarsa, İrana... Tanrı töhfəsidi Böyük Turana! Ölkədi, mahaldı, eldi Ələsgər! Saldı eşq oduna bir nazlı dilbər, Dili qələm oldu, sinəsi dəftər, Köksünü eylədi eşqinə səngər, Sazını sol əlli çaldı, Ələsgər. Qədim Ağkilsəni boyadı nura, Əfsus, qovuşmadı sevdiyi yara, Nakam məhəbbəti boyandı qara, Dərdini saz ilə böldü, Ələsgər. Haqqa xidmətiylə zirvəyə qalxdı, Sözün qüdrətiylə şimşəktək çaxdı, Coşan şəlalətək qəlblərə axdı, Hər sevən ürəyə doldu, Ələsgər! Məşəltək alışdı gənclik çağından, Dərmədi qönçəni Vətən bağından, İçdi Kəlbəcərin buz bulağından, Yarını Yanşaqda buldu, Ələsgər. Xələl gətirmədi ustad adına, Ürəkdən bağlandı öz ustadına, Çevrildi o dahi söz ustadına, Əbədi zirvədə qaldı, Ələsgər! Müxənnət şər dedi, sığındı Haqqa, Üzə ağ olmadı, girmədi haqqa, Heç zaman vermədi haqqı nahaqqa, Hər yerdə Haqq ilə oldu, Ələsgər! Vəsf etdi dünyanı baxışlarıyla, Bəzədi “SÖZ” adlı naxışlarıyla. Tanrının aramsız yağışlarıyla Hər bahar kükrəyən seldi Ələsgər! Tuş gəldi felinə dövrün-zamanın, Çəkdi həsrətini Növrəs İmanın... Çevrildi yarına çiskin, dumanın, Buludtək boşaldı, doldu, Ələsgər. Yaranan hər kəsi Haqqa səslədi! Hər doğulan günə ümid bəslədi, Açılan sabahdan müjdə gözlədi, İllərlə xəyala daldı, Ələsgər... Helmin dəryasında salmışdı lövbər, Sərvəti tükənməz, hər sözü gövhər, Sirli xəzinəsi dillərdə əzbər, Qızıldan qiymətli ləldi Ələsgər! Söylədi: Haqdandı, haqqın hesabı, Cəhənnəm əzabı, qəbir əzabı... Nə zaman bağlanır ömür kitabı; Onu da əzəldən bildi, Ələsgər. Hər il qədəm qoydu tər gülüstana, “Əlvida” söylədi sərt zimistana... ...Çevirdi yönünü “Ərəbistana”, Yüz beşinci bahar “soldu”, Ələsgər. Əzrail(ə.s) rəhm ilə canını aldı, Oba yasa batdı, el yola saldı. Özü köç eylədi, hikməti qaldı, Çağlayan bulaqdı, göldü Ələsgər. ...Şəfaət dilədi “Əl-Mulk”, “Ər-Rəhman”, Açıldı taybatay Cənnəti-Rəyyan, Aldı ağuşuna Rövzeyi-Rizvan, Müşk-ənbər ətirli güldü Ələsgər! Haqqa xidmət etdi, xilaskar oldu, Əhdə-anda sadiq bir əsgər oldu, Ucaldı, Pir-Dədə Ələsgər oldu! Xariqə yaradan əldi Ələsgər! Bəşərin Günəşi doğdu cahana, Şan-şöhrət gətirdi Azərbaycana! Vətəni, torpağı sevən insana Qarabağ, Muğandı, Mildi Ələsgər! Şəninə nə qədər söz desək, azdı! Adını əbədi tarixə yazdı! Bəhrəli payızdı, çiçəkli yazdı, Güllü çəmənzardı, çöldü Ələsgər! Everest dağıdı, zirvəsi qarlı, Qartal əzəmətli, qartal vüqarlı! Nəim cənnətidi, tükənməz barlı, Kövsərə dad verən baldı Ələsgər! Camalı göyçəkdi, bayram ayıdı, Tanrı töhfəsidi, Tanrı payıdı, Səlsəbil çayıdı, “Qar-qar” çayıdı, Göygöldü, Xəzərdi, Nildi Ələsgər! Ucadan ucadır, “öz dağım” kimi! Uludan uludur, torpağım kimi! Solmazdı, üç rəngli bayrağım kimi, Yaşıldı, əlvandı, “al”dı Ələsgər! Zirvələr fəth etdi Haqqın əliylə, Sevildi sözüylə, əməlləriylə... Kəndində ucalan daş heykəliylə Düşmənin bağrını dəldi, Ələsgər! ...Səslədi pələsəng Göyçə elini, İnlədib sazında “Göyçəgülü”nü, Yararaq “göy gözlü Göyçə gölü”nü Cənnətə yol alan “sal”dı Ələsgər! Bağrı qan ağlayan “Ağrıdağıdı”, Tək “Xarı bülbülsiz” Vətən bağıdı. Müqəddəs ocağı sar oylağıdı, “Lalənin bağrında xaldı” Ələsgər. Ruhunu şad edən Uca Allahdı, Açılan səhərdi, nurlu sabahdı. Dədəni unutmaq böyük günahdı! Hər halal nemətdən boldu Ələsgər! Xoşbəxtdir, bağından bol məhsul dərən! Qədrini bilənlər ər oğlu, ərən... Sənət meydanında üzünü görən Sanardı, Rüstəmi-Zaldı Ələsgər! O pir Haqq aşığı, o pir-ocaqdı! Hikmətli kəlamı qucaq-qucaqdı! Yaradan soyunu qoruyacaqdı, Silinməz tarixdi, ildi Ələsgər! Neçəki dünya var, yaşayacaqdı, Adını Dədə tək daşıyacaqdı... Hər sözü könüllər oxşayacaqdı, Həzin layla çalan dildi Ələsgər! Ələsgər ocağı nurdu cahana! Hərcayı sözümü çətinki qana! Zər qızı-oğulu doğar zər ana! Müqəddəs “torpaqdı- gildi” Ələsgər! “Didərgin mahalı” elim-obamdı, Məskəni yurdumdu, doğma yuvamdı. Babamın babası - ulu babamdı, Qəlbimdə ən incə teldi Ələsgər! Anlamaq çətindi, yazmaq asandı, Hər kəsin sınağı Sirat, Mizandı... Hər işə hökm edən “yazı yazandı”! Əbədi döyünən “sol”du Ələsgər! Car oldu aləmə Ələsgər adı, Haqq idi həmdəmi, Alı - ustadı. Simanı qorxutmaz cəhənnəm odu, Cənnətə sualsız yoldu Ələsgər! Sima Azadqızı Göyçəli 29.03.2019. 23:02

    Gunduz AzadogluGunduz Azadoglu12 gün əvvəl
  • Əhsən Sizlərə, səhər-səhər ruhumuz qidalandı. Baxımlı kanalda baxımlı verilişin gözəl aparıcılarına, Xətai müəllimə, Dr.Hacı Abbasa təşəkkür edirəm.

    Galandar AslanovGalandar Aslanov12 gün əvvəl
  • Xetai Elesgerli,Allah sizi var elesin.Cox sağ olun

    ƏLƏSGƏRLİƏLƏSGƏRLİ12 gün əvvəl
  • Salam dəyərli xanımlar sizləri evdən çıxmadan sərmayə qoymadan artan gəlirli iş təklif edirəm heç bir risk yoxdur əlaqə vacapla 050.324.18.20

    Gulsum HesenliGulsum Hesenli12 gün əvvəl
  • Аббаs hekim kamildi

    Fazil İsmayilovFazil İsmayilov12 gün əvvəl
AZworlds